EN

Hillari Klintonun seçki komandasının təhqiqata cəlb oluna bilər

BAKI, 2 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp ümid edir ki, ölkəsinin hüquq-mühafizə orqanları 2016-cı il seçkilərində rəqibi Hillari Klintonun təşviqat komandası tərəfindən saxtakarlıq faktları ilə bağlı araşdırma aparacaq.

Teleqraf xəbər verir ki, D.Tramp jurnalistlərin sualını cavablandırıb.

O deyib: "Bunun baş verib-verməyəcəyini bilmirəm, amma ümid edirəm".

Cümə axşamı Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel bildirib ki, H.Klintonun kampaniya komandası D.Trampı “məhdudlaşdırmaq” və “onun Rusiya ilə sövdələşməsi haqqında yalan xəbər uydurmaq” üzərində çalışıb.

K.Patelin sözlərinə görə, xüsusi müşavir Con Daremin iyulun 31-də açıqlanan hesabatına əlavə aşkarlanıb. Bu əlavə Amerika kəşfiyyat agentlikləri tərəfindən məxfilikdən çıxarılıb və Senatın Hüquq Komitəsinin rəhbəri Çak Qrassli tərəfindən dərc edilib. Onun sözlərinə görə, bu, 2016-cı il seçkiləri zamanı “H.Klinton kampaniyasının Trampı Rusiya ilə saxta şəkildə bağlamaq planına, eləcə də FTB-nin təhqiqat aparmaq üçün yayarsızlığına" işıq salır. Senatorun sözlərinə görə, məxfilikdən çıxarılan sənədlər göstərir ki, Demokratlar Partiyasını təmsil edən Hillari Klintonun köməkçiləri respublikaçı Trampın seçki kampaniyasına mane olmaq üçün Corc Sorosun strukturlarının əməkdaşları ilə qarşılıqlı əlaqədə olub, faktiki olaraq onlarla sövdələşiblər.

Chosen
18
teleqraf.com

1Sources