Kamçatka yarımadasının sahillərində yerli vaxtla saat 16:33-17:39 (Bakı vaxtı ilə 20:33 və 21:39) arasında 5,0, 5,8, 5,2 və 5,2 bal gücündə üç zəlzələ baş verib.
Bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Birinci zəlzələ Petropavlovsk-Kamçatskidən 187 km, ikinci - 238 km, üçüncü - 218 km aralıda baş verib.
Birinci seysmoloji hadisənin episentri 18,9 km, ikincisi 44,8 km, üçüncüsü isə 33,8 km dərinlikdə yerləşib.
"Cebheinfo.az"