EN

Dönər istəyi gündəm oldu – Ankaradan Antalyaya dönərçi gətirtdi + VİDEO

Türkiyə şou-biznesinin ən məşhur simalarından biri olan Bülent Ersoy yenidən qeyri-adi hərəkəti ilə gündəmə gəlib. 

Yenisabah.az xəbər verir ki, hazırda Antalyadakı villasında istirahət edən sənətkar gecə saatlarında dönər istədiyi üçün Ankaradan xüsusi olaraq dönər ustası gətizdirib.

76 yaşlı “diva”nın bu qərarı sosial şəbəkələrdə geniş müzakirələr doğurub.  Sezar pizza

İzləyicilər arasında bu jesti lüks həyat tərzinin növbəti nümunəsi kimi qiymətləndirənlər də var, israf kimi tənqid edənlər də.

Sosial şəbəkə istifadəçiləri sənətçinin “bir istəyinə görə şəhərlərarası səfər etdirəcək qədər imkanlı” olmasını müxtəlif yönlərdən müzakirə ediblər. 

Bəziləri onun həyat tərzini təqdir edərək “Diva olmaq asan deyil” şərhləri yazıb, bəziləri isə “Bu qədər israf niyə?” deyə suallar veriblər.

Qeyd edək ki, Bülent Ersoy uzun illərdir Türkiyə sənət dünyasının ən rəngarəng və qalmaqallı fiqurlarından biri kimi tanınır. Onun həm səhnə performansları, həm də şəxsi həyatı hər zaman medianın və ictimaiyyətin diqqətində olub.

Aydan Hacı 


Telegram kanalımız
Chosen
16
yenisabah.az

1Sources