Yenisabah saytına istinadən ain.az xəbər verir.
İranın Rəfsəncan şəhərinin prokuroru Əlirza Məhəmmədi evində bıçaqlanıb.
Yenisabah.az xəbər verir ki, hadisə barədə Kerman əyalətinin prokuroru İbrahim Həmidi məlumat verib.
Məlumata görə, insident gecə saat 22:45 radələrində baş verib. Naməlum şəxs bəhanə ilə prokurorun evinə daxil olub və onu boyun və çiyin nahiyəsindən bıçaqlayıb. Cinayətkar hadisədən dərhal sonra qaçaraq izini itirib. Dominos pizza
Prokurorun vəziyyəti və hadisənin motivləri ilə bağlı araşdırma aparılır. Hadisə ilə bağlı geniş istintaq başladılıb.
Aytac Əliyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.