EN

“Tesla” şirkəti bu şəxslərə 240 milyon dollar təzminat ödəyəcək

Bakı. Trend:

ABŞ-də Mayami şəhər məhkəməsində andlı münsiflər İlon Maskın“Tesla” şirkətinə Floridada avtopilot sistemi ilə əlaqədar başvermiş ölümcül avtoqəzaya görə zərərçəkənlərə 240 milyon dollarhəcmində təzminatın ödənilməsi ilə bağlı qərar çıxarıb.

Trend bu barədəABŞ KİV-ə istinadən xəbər verir.

Münsiflərin qərarı əsasında federal hakim 2019-cu ildə başvermiş qəzaya görə “Tesla”nın birbaşa məsuliyyət daşıdığını qətedib, belə ki, sözügedən sistem elektromobilin hərəkəti zamanısıradan çıxıb və “Stop” yol nişanı zamanı sürücünü xəbərdar etməyibvə ya avtomobili dayandırmayıb.

Bu texniki nasazlıq nəticəsində sürücü avtomobili ilə yolkənarında durmuş avtomobili vurub və 22 yaşlı Naybel Leon həlakolub, onun sevgilisi Dillon Anqulo isə ağır yaralanıb.

“Tesla” şirkəti məhkəmənin qərarından yuxarı instansiyaməhkəməsinə apellyasiya şikayəti edəcəyini bildirib.

Məqalədə:
Chosen
18
1
az.trend.az

2Sources