EN

DİQQƏT: Artan istilər beyin sağlamlığını TƏHLÜKƏ altına atır

İqlim dəyişikliyi nəticəsində baş verən istilik dalğaları insan sağlamlığına, xüsusilə də beyin funksiyalarına mənfi təsir göstərir. Mütəxəssislər bildirirlər ki, yüksək temperatur nevroloji xəstəliklərin - epilepsiya, insult, ensefalit, miqren və demansın gedişatını ağırlaşdıra bilər.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, London Universitet Kollecinin nevroloqu, Prof. Dr. Sanjay Sisodiyaya görə, beyin hüceyrələri temperatur dəyişikliyinə qarşı olduqca həssasdır.
 

İstiliyin artması sinir hüceyrələri arasında əlaqənin pozulmasına və nəticədə diqqət, yaddaş, qərarvermə kimi funksiyaların zəifləməsinə səbəb ola bilər. Həmçinin, isti havalarda depressiya və aqressiv davranışlar daha çox müşahidə olunur.


Araşdırmalar göstərir ki, istilik dalğaları təkcə xəstələrə deyil, sağlam insanlara da təsir edir.
 

Xüsusilə yaşlılar və demans xəstələri üçün isti hava həyati risk daşıyır. 2003-cü ildə Avropada baş verən istilər zamanı nevroloji səbəblərlə bağlı ölüm hallarının təxminən 7 faizi qeydə alınıb.


Hamilə qadınlar da istilikdən mənfi təsir görə bilər. Mütəxəssislər qeyd edir ki, yüksək temperatur vaxtından əvvəl doğuş riskini 26 faiz artırır ki, bu da körpələrdə sinir sisteminin inkişafına mənfi təsir göstərə bilər.

Alimlər bu sahədə araşdırmaları davam etdirir və istilik dalğalarına qarşı fərdi və ictimai səviyyədə daha ciddi tədbirlərin görülməsini vacib sayırlar.

Bizim.Media

Chosen
24
bizim.media

1Sources