EN

Bakıda iki yük maşını toqquşdu - Xəsarət alan var (VİDEO)

Bakı.Trend:

Bakının Qaradağ rayonu ərazisində yol-nəqliyyat qəzası başverib, vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

Trend xəbərverir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-in Xüsusi Riskli XilasetməXidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyənolunub ki, “KAMAZ” və “MAN” markalı yük avtomobillərinin toqquşmasınəticəsində yol-qəza hadisəsi baş verib və “KAMAZ” markalı yükavtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılıvəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılıvəziyyətdə qalan sürücü, 1961-ci il təvəllüdlü Rzayev Sərdar İnqlaboğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvilveriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqataparılır.

Chosen
19
32
az.trend.az

10Sources