EN

Məşhur reper toyda 800 min dollara çıxış etdi

ain.az xəbər verir, News24 saytına əsaslanaraq.

Amerikalı reper Tyga gizli şəkildə Rusiyanın Yekaterinburq şəhərinə gələrək 800 min dollar (64,3 milyon rubl) qonorarla dəbdəbəli toyda səhnə alıb. Bu, onun Rusiyaya bu formatda ilk səfəridir.

News24.az xəbər verir ki, Mash-ın məlumatına görə, Tyga 31 mayda Moskvadakı konsertindən sonra 1 avqustda ilin ən möhtəşəm toylarından birində çıxış təklifi alıb. Səhnəyə çıxmaq üçün 500 min dollar tələb edən reperə əlavə olaraq 250–300 min dollar səfər, yaşayış və xüsusi tələbləri üçün ödənilib.

İspaniyadan Yekaterinburqa gələn reper Hyatt otelində lüks nömrələrdə qalıb, şəhərdə Mercedes G-Class avtomobilləri ilə gəzib. Toydan dərhal sonra Moskvaya qayıdan sənətçi burada daha ucuz – 250 min dollara açıq konsert verəcək. Toy qonorarını isə sərhəddə problemlərin yaranmaması üçün kriptovalyuta ilə alacağı bildirilib.

Xeyrənsə Piriyeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
1
news24.az

2Sources