EN

Braziliya ABŞ yə cavab verməyə hazırlaşır

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

“ABŞ rəhbərliyinin 1 avqustdan etibarən Braziliya mallarına 50 % gömrük rüsumu tətbiq etməsinə cavab veriləcək”.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Braziliya Prezidenti Luis İnasiu Lula da Silva bildirib.

“Biz həmişə dialoqa açıq olmuşuq. İndi isə ABŞ-nin gömrük rüsumlarına cavab vermək üçün çalışırıq” - dövlət başçısı “X” sosial şəbəkəsində yazıb.

O qeyd edib ki, yalnız Braziliya vətəndaşları və qurumları ölkənin, o cümlədən ABŞ-lə münasibətlər də daxil olmaqla, yolunu müəyyən etmək hüququna malikdir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 1 avqustdan etibarən Braziliya məhsullarının idxalına 50 faiz gömrük rüsumu tətbiq etdiyini açıqlamış və bu addımı ticarət balansındakı kəsiri aradan qaldırmaq ehtiyacı ilə izah etmişdi.

Lula da Silva əgər Vaşinqton bu qərarını yenidən nəzərdən keçirməzsə, qarşılıqlı gömrük tarifləri tətbiq edəcəklərini bəyan edib.

Braziliya lideri daha sonra Braziliya nümayəndə heyətinin danışıqlar yolu ilə tariflərin dəyişdirilməsinə nail ola biləcəyinə ümid etdiyini də bildirib.

Nigar Hacılı 

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
92
50
cebheinfo.az

10Sources