Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələri giziri Orxan Hümbətov 2016-cı ilin Aprel döyüşlərində Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.