EN

Dörd kosmonavt kosmosa göndərildi

“Boeing” şirkətinin “Starliner” kosmik gəmisində yaşanan texniki nasazlıqlar səbəbindən uçuşu bir il təxirə salınan dörd nəfərlik kosmonavt heyəti nəhayət “SpaceX”in “Crew Dragon” kapsulu ilə Beynəlxalq Kosmik Stansiyaya (ISS) göndərilib.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ, Yaponiya və Rusiyadan olan kosmonavtlardan ibarət heyət NASA-nın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən göndərilib.

 

Hava şəraiti səbəbilə bir gün təxirə salınan uçuşun ardından kapsulun həftə sonu stansiyaya çatacağı gözlənilir.

 

NASA bu missiyanı əvvəlcə “Boeing”in “Starliner” aparatı ilə həyata keçirməyi planlaşdırsa da, cihazda meydana gələn pervanə sistemi nasazlığı və helyum sızması səbəbindən uçuş dəfələrlə təxirə salınmışdı. “Starliner”in növbəti insanlı missiyasının nə vaxt baş tutacağı isə hələlik bəlli deyil.

 

Heyətdə yer alan kosmonavt Zena Kardman ilk dəfə kosmosa səyahət edir. Bioloq və qütb tədqiqatçısı olan Kardman bu sahədə ilk təcrübəsini yaşayacaq. NASA-nın ən təcrübəli astronavtlarından biri sayılan Mayk Fink daha əvvəl üç dəfə kosmosda olub. Yapon kosmonavt 2015-ci ildə də ISS missiyasında iştirak edib. Rusiyalı Oleq Platonov üçün isə bu, ilk kosmik uçuşdur.

 

Yeni göndərilən heyət stansiyadakı mövcud komandanı əvəz edəcək və ən azı altı ay ISS-də fəaliyyət göstərəcək. NASA bu müddətin səkkiz aya qədər uzadılmasını da planlaşdırır.


Bəsti Rəfizadə
Sfera.az

 

Chosen
35
1
sfera.az

2Sources