Türkiyə-Suriya Təbii Qaz Boru xəttinin açılış mərasimi olub.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, qaz xətti ilə Suriyaya ilk qaz göndərilib.
Boru xəttini Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Qətər İnkişaf Fondunun prezidenti Fahad Hamad Al-Sulaiti, Suriyanın energetıka naziri Məhəmməd Əlbəşir və Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar işə salıblar.
Qeyd edək ki, boru xətti ilə gündəlik 3,4 milyon kubmetr qazın ötrülməsi planlaşdırılır. Türkiyə üzərindən Suriyaya çatdırılan Azərbaycan qazının ölkədə elektrik enerjisi istehsalını əhəmiyyətli dərəcədə artıracaq və gündəlik elektrik enerjisindən istifadə müddətinin 10 saata qədər yüksəldəcək.