EN

Messi karyerasını bitirdikdən sonra nə işlə məşğul olacaq? - Təklif var

Argentina millisinin hücumçusu Lionel Messi yaxın vaxtlarda “İnter Mayami” ilə yeni müqavilə imzalayacaq.

Publika.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Tərəflər arasında şərti yeni razılaşma 2028-ci ilə qədər nəzərdə tutulub. 38 yaşlı ulduz futbolçu istədiyi zaman karyerasını başa vurmaq imkanına sahib olacaq.

Mənbənin bildirdiyinə görə, MLS təmsilçisi Messiyə futbolçu karyerasını bitirdikdən sonra klubda rəhbər vəzifə təklif etməyə də hazırdır.

Chosen
9
publika.az

1Sources