EN

Əlil Sahibkarlar Təşkilatının sosial layihəsi uğurla yekunlaşdı - FOTOLAR

Əlil Sahibkarlar Təşkilatı İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda həssas sosial qrupa aid şəxslərin əmək bazarına inteqrasiyası” adlı sosial layihəni uğurla başa çatdırdı.

Layihə 01 may – 31 iyul 2025-ci il tarixlərini əhatə edib və Sumqayıt şəhərində həyata keçirilib. Layihənin əsas məqsədi müharibə iştirakçıları, qazilər və əlilliyi olan şəxslər kimi həssas əhali qruplarının məşğulluq imkanlarını artırmaq, onların sosial reabilitasiyasına dəstək olmaq və əmək bazarına inteqrasiyasını təmin etmək idi. Bu müddət ərzində xanım iştirakçılar üçün dərzilik üzrə təlimçi Şəhla Səlimova və dizaynerlik üzrə təlimçi Ruhəngiz xanım peşə hazırlığı kursları keçib. Təlimlər zamanı iştirakçılar biçmə, tikmə və dizayn sahəsində nəzəri və praktiki biliklərə yiyələniblər.

Qazanılan biliklər onlara gələcəkdə öz mikro-bizneslərini qurmaq və müstəqil fəaliyyət göstərmək üçün möhkəm zəmin yaradacaq. Layihə çərçivəsində peşə kurslarını uğurla tamamlayan iştirakçılara sertifikatlar təqdim olunub. Eyni zamanda layihə iştirakçıları üçün bazara çıxış və məşğulluq imkanları baxımından dəstək tədbirləri də nəzərdə tutulub. Əlil Sahibkarlar Təşkilatı inanır ki, bu cür layihələr həssas sosial qrupların cəmiyyətə inteqrasiyasına, iqtisadi müstəqillik qazanmasına və inklüzivliyin güclənməsinə mühüm töhfə verir.

Chosen
33
2
turkustan.az

3Sources