EN

Xuan Kuadradonun yeni klubu bilindi

“Yuventus”, “İnter”, “Atalanta” və "Fiorentina"nın sabiq oyunçusu Xuan Kuadrado yenidən A Seriyasına qayıdır.

Fanat.Az xəbər verir ki, informasiyanı "A Bola" yayıb.

Mənbənin məlumatına görə, 34 ildən sonra A Seriyasına dönən "Piza" ilə kolumbiyalı yarımmüdafiəçi arasında danışıqlar son mərhələdədir. Tərəflərin uzadılma variantı ilə bir illik müqavilə imzalayacağı gözlənilir. Bu, klub üçün mövsümlərarası fasilənin ən səs-küylü transferlərindən biri olacaq.

Kuadrado son iki mövsümü “İnter” və “Atalanta”da keçirib. O, bu yay "Fiorentina"dan ayrılaraq azad agent olub. Maraqlıdır ki, “Piza”nın forması da “İnter”in forması kimi, qara-göy rəngdədir. 

"Piza" rəhbərliyi Kuadradonun gənclərlə məşqçilər korpusu arasında mühüm bir əlaqəyə çevriləcəyini və onlara A Seriyasının tələblərinə uyğunlaşmalarına kömək edəcəyini gözləyir.

36 yaşlı futbolçu ötən mövsümün çox hissəsini zədə probleminə görə buraxıb. O, A Seriyasında 10 matça çıxaraq 2 məhsuldar ötürmə edib.

Chosen
33
fanat.az

1Sources