BAKI. 2 avqust. TELEQRAF
Xorvatiyalı futbolçu Luka Modriçin İtaliyanın "Milan" klubuna gedişindən sonra İspaniya "Real Madrid"inin 10 nömrəli formanı Kilian Mbappeyə verməsi heç də hamının ürəyincə olmayıb.
Teleqraf xəbər verir ki, həmin fanatların narazılığı Türkiyə millisinin yarımmüdafiəçisini bu formada görmək istəyi ilə əlaqədardır.
20 yaşlı futbolçu baş məşqçi Xabi Alonsonun sistemində böyük irəliləyiş əldə edib. O, ABŞ-da keçirilmiş klublararası dünya çempionatında ən parlaq çıxışı ilə seçilən futbolçulardan olub. Gülər verilən şansdan yararlanaraq, yarımmüdafiədəki yerini təmin edib.
"Kral klubu" isə türk oyunçunun 2025/2026 mövsümündə də 15 nömrəli forma ilə oynayacağını açıqlayıb.
Qeyd edək ki, "Real Madrid" İspaniya La Liqasında ilk matçını avqustun 19-da evdə "Osasuna"ya qarşı keçirəcək. Cud Bellingem çiynindən əməliyyat olunduğu üçün Arda Gülərin meydana əsas heyətdə çıxacağı gözlənilir.