EN

Bakıda köhnə tikililərin sökülərək park salınması çox yaxşı haldır — Məşhur memar

“Şəhərsalmada və memarlıqda tarix boyu iki istiqamətdə iş gedib: İnsanların məskunlaşması üçün olan tikililər və bu insanların asudə vaxtlarını keçirməsi üçün, gəzintisi üçün, stress atması üçün park və xiyabanların salınması. Bakı şəhərində də parklara böyük önəm verilir”.

Bunu Demokrat.az-a açıqlamasında tanınmış memar Cahid Həsənov deyib. 

O bildirib ki, xüsusən son illərdə Bakıda istismar müddəti başa çatmış, köhnəlmiş, sıx 1-2 mərtəbəli tikililərin sökülməsi və yerində parkların salınması çox yaxşı haldır:

“Bir neçə kilometrlik ərazidə yüksəkmərtəbəli binaların arasında yaşıllıq ərazilərin olması mütləqdir ki, təbii havalandırma olsun. Bu baxımdan şəhərdə salınan və bundan sonra salınacaq parklar çox mühüm əhəmiyyət kəsb edir.

Əvvəllər Bakıda gəzinti üçün təkcə Bulvar var idi. İndi isə artıq hər rayonda məhəllə parkları inşa olunur. Bu, ilk olaraq insan amilinə xidmət edir. Şəhərə gələn qonaqların, turistlərin açıq havada istirahəti üçün də parklara ehtiyac vardır”.


Cavidan Mirzəzadə
Demokrat.az
Chosen
24
1
demokrat.az

2Sources