EN

“Monako” “Bayer”in qapıçısını transfer edir

“Bayer”in qapıçısı Lukaş Hradeçki karyerasını Fransa Liqa 1 təmsilçisi “Monako”da davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, tərəflər razılaşmanın son mərhələsindədir və yaxın vaxtlarda keçidlə bağlı rəsmi açıqlama veriləcək. Finlandiyalının transferi knyazlıq təmsilçisinə 4 milyon avroya başa gələcək.

35 yaşlı qolkiper 2024/2025 mövsümündə bütün klub turnirlərində 35 oyunda iştirak edib və 48 qol buraxıb. Bratislava doğumlu Hradeçki 2018-ci ildən bəri “Bayer”in formasını geyinirdi və 2023/2024 mövsümündə Almaniya çempionu titulunu qazanmağa nail olub. 

Chosen
36
90deqiqe.az

1Sources