Dünya mətbəxləri və yerli yeməklər haqqında etibarlı məlumatlar təqdim edən məşhur qastronomiya platforması TasteAtlas "Dünyanın ən ləzzətli dondurmaları" adlı yeni siyahısını dərc edib. Bu reytinqə 50 ölkədən müxtəlif dondurma növləri daxil edilib.
E-saglam.az xəbər verir ki, siyahının zirvəsində isə Türkiyənin məşhur Maraş dondurması yer alıb.
Kahramanmaraşda hazırlanaraq özünəməxsus dadı və teksturası ilə tanınan bu dondurma, dünya miqyasında 49 rəqibini geridə qoyub. Maraş dondurmasının unikal xüsusiyyəti onun dövülmüş, dartıla bilən quruluşunda və salepli tərkibindədir.
Siyahının ikinci pilləsində ABŞ-nin Viskonsin ştatında hazırlanan “dondurulmuş krema”, üçüncü yerdə isə İtaliyanın məşhur “gelato al püstə” növü qərarlaşıb. ABŞ-nin digər bir klassik deserti olan “brownie sundae” səkkizinci pillədə yer alıb.
TasteAtlas-ın açıqladığı ən dadlı 10 dondurma belə sıralanır:
Maraş dondurması – Kahramanmaraş, Türkiyə
Dondurulmuş krema – Viskonsin, ABŞ
Gelato alla püstə – İtaliya
Qatılaşdırılmış qaymaqlı dondurma – Cornwall, İngiltərə
Kulfi – Hindistan
Limber – Puerto Riko
Affogato – İtaliya
Brownie Sundae – ABŞ
Sorbetlər – Filippin
Gelato alla nocciola – İtaliya
Tərcümə: Könül Oruc
E-saglam.az