EN

Azərbaycan klubu "Ayaks"ın yetirməsini heyətinə qatıb

Yeni mövsümdən Misli Premyer Liqasında iştirak edəcək "Karvan-Yevlax" daha bir futbolçunu heyətinə qatıb.

Azreform.info xəbər verir ki, Bu barədə "Report"a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Niderlandlı sağ cinah müdafiəçisi Şaquill Sno ilə 1 illik müqavilə imzalanıb. 29 yaşlı oyunçu son olaraq Maltanın “Gzira” klubunun formasını geyinib.

"Ayaks"ın yetirməsi Niderlandda “Telstar”, Norveçdə “Aalesund”, Bolqarıstanda “Lokomotiv Plovdiv", Rumıniyada “Botosani” və “Mioveni” komandalarında da çıxış edib.

Chosen
51
15
azreform.info

10Sources