EN

“Qarabağ” braziliyalı futbolçu transfer edir

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubu İsrailin “Hapoel” (Beer-Şeva) klubunun dayaq yarımmüdafiəçisi Lukas Venturanı gündəminə alıb.

Ağdam təmsilçisi braziliyalı futbolçunu təcili transfer etmək istəyir və bu məqsədlə böyük miqdarda pul ödəməyə hazırdır. Həmçinin, “Qarabağ” ona hazırkı klubunda aldığı maaşdan xeyli çox gəlir təklif edib.

Ventura ilə ÇSKA (Sofiya) da maraqlanır. Amma Venturanın “Qarabağ”a keçidə razılıq verəcəyi ehtimal edilir. 

Chosen
32
idmanxeber.az

1Sources