EN

Bu şəhərdə bir ildir ki, yol qəzasında ölüm yoxdur

Finlandiyanın paytaxtı Helsinki, 2024-cü ildə yol qəzaları nəticəsində ölüm hadisəsi yaşanmayan nadir şəhərlərdən biri oldu. 690 minlik əhalisi və turizm mövsümündə 1,5 milyona çatan insan axınına baxmayaraq, şəhərdə son bir ildə bir nəfər belə qəzada həyatını itirməyib.

News24.az xəbər verir ki, bu uğurun əsas səbəbləri kimi sürət həddinin 30 km/saata endirilməsi, küçələrin daraldılması və piyadalara üstünlük verən şəhərsalma strategiyaları göstərilir. Şəhər daxilində təhlükəsizlik üçün 70 yeni sürət kamerası yerləşdirilib və "Sıfır ölüm" hədəfli milli proqram həyata keçirilib.

Helsinki meriyasının nəqliyyat mühəndisi Ronnie Utrieanne, sürət azaldıldıqda piyada ölümlərinin yarıbayarı azaldığını və bu yanaşmanın əsas dönüş nöqtəsi olduğunu bildirib. 2003-cü ildə şəhərdə 727 nəfər yol qəzalarında yaralanmışdısa, 2023-cü ildə bu rəqəm cəmi 14 olub.

Helsinki, artıq avtomobil mərkəzli şəhər olmamaq üçün geniş yolları daraldıb, yaşıl zonaları artırıb və piyadalarla velosipedçilər üçün 1.500 km-dən çox yol infrastrukturu qurub. Nəticədə şəhər, dünyanın ən təhlükəsiz şəhərlərindən biri kimi nümunəyə çevrilib.

Xeyrənsə Piriyeva

Chosen
25
4
news24.az

6Sources