EN

Kanada 312 milyon dollar təzminat ödəyəcək

Kanada, kənd təsərrüfatı müqavilələrinin pozulması səbəbilə yerli tayfalara 312 milyon dollar təzminat ödəməyə başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Kanadada hökumətin 150 illik kənd təsərrüfatı müqavilələrini pozmasından sonra yerli tayfalarla “inək və kotan” müqaviləsi kimi tanınan bir razılaşma əldə edilib. Bu çərçivədə təzminatların ödənilməsinə başlanılıb.

Razılaşmaya əsasən, Kanada Saskaçevan əyalətində yerləşən Big River First Nation tayfasına təxminən 150 milyon dollar, The One Arrow tayfasına 90 milyon dollar, Muscowpetung First Nation tayfasına isə 72 milyon dollar təzminat ödəyəcək.

Həmin müqavilələr çərçivəsində yerli tayfalara kənd təsərrüfatı avadanlıqları və fermer heyvanları da daxil olmaqla kənd təsərrüfatı yardımı göstəriləcəyinə dair zəmanət verilmişdi, lakin federal hökumət bu öhdəlikləri yerinə yetirməmişdi.

Muscowpetung tayfasının başçısı Melissa Tavita, “Bu gün əslində bölgü üzərində işləyirik” deyərək hökumətlə əldə edilən razılaşmanı “acı və şirin bir an” kimi qiymətləndirib.

Melissa Tavita tayfadakı hər bir şəxsin ödəniş alacağını, 18 yaşdan aşağı olan üzvlər üçün ayrılan vəsaitin isə illik 4% gəlir gətirən təhlükəsiz bir fonda yatırılacağını və həmin şəxslərin bu vəsaitə yetkinlik yaşına çatdıqda çıxış əldə edəcəyini bildirib.

Chosen
9
1
cebheinfo.az

2Sources