EN

İsrail mediası: “Türkiyənin donanmasına qarşı hazır olmalıyıq”

İsrail mətbuatında yayımlanan bir analizdə, Qəzzada davam edən humanitar böhranın Türkiyənin İsrailə qarşı sərt mövqe tutmasına səbəb olduğu vurğulanıb. Analizdə Türkiyənin dünyanın ən güclü 10-cu dəniz donanmasına sahib olduğu qeyd olunaraq, dənizdə potensial toqquşma ehtimalına qarşı İsrailin hazırlıqlı olması tövsiyə edilib.

News24.az xəbər verir ki, yazıda, İsrailin Qəzzaya hücumları və aclıq-kıtlıqdan “silah kimi” istifadə etməsi səbəbilə beynəlxalq aləmdə getdikcə təcrid olunduğu bildirilir. Bu fonda qeyri-hökumət təşkilatlarının “Madleen” və “Hanzala” adlı yardım gəmiləri ilə Tel-Əviv hökumətinə qarşı dənizdən etiraz etdikləri qeyd edilib.

Türkiyənin də bu gəmilərin beynəlxalq sularda saxlanmasına qarşı çıxdığı, hətta öz donanması ilə bu yardımlara dəstək verə biləcəyi ehtimalı irəli sürülüb. Prezident Rəcəb Tayyib Ərdoğanın İsraili "soyqırım və aclıqla insanlıq cinayəti törətməkdə" ittiham etməsi, Tel-Əvivin bunu birbaşa təhdid kimi qəbul etməsinə səbəb olub.

İsrail mediası, Türkiyə ilə gərginliyin artdığını, lakin hələ ki, birbaşa qarşıdurma səviyyəsinə çatmadığını yazır. Bununla belə, Türkiyənin Qəzzaya yardım təşəbbüslərinin gələcəkdə İsrail tərəfindən dənizdən təhlükə kimi görülə biləcəyi ehtimalı da səsləndirilir.

Xeyrənsə Piriyeva

Chosen
88
1
news24.az

2Sources