“QOLAT Sport Service”in təşkilatçılığı, SOCAR-ın sponsorluğu ilə “Əngəlsiz dünya” adlı layihə həyata keçirilib.
Sportal.az xəbər verir ki, layihənin məqsədi həssas qrupa aid olan uşaqların fiziki və psixoloji inkişafına dəstək olmaq, onların sosiallaşmasını təmin etmək, idman vasitəsilə sağlam həyat tərzini təşviq etməkdir.
Layihənin hədəf qrupu fiziki məhdudiyyətləri olan, ailəsində sosial çətinliklər yaşayan, uşaq evlərində böyüyən və xüsusi qayğıya ehtiyacı olan uşaqlardır.
Layihə ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb, gələcəkdə bu cür tədbirlərin sistemli xarakter almasının vacibliyi xüsusilə vurğulanıb.
saytlarin hazirlanmasi