EN

Rusiya ilə bağlı ŞOK PROQNOZ: Avqust və sentyabr aylarında…

Rusiyada avqust və sentyabr aylarında benzin çatışmazlığı yaşana bilər.

Bu barədə “Reuters” agentliyi yanacaq bazarındakı mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, ölkədə təchizatda fasilələr gözlənilir və bu, qiymət artımına da səbəb ola bilər.

Xatırladaq ki, Rusiya hökuməti ölkədə “yüksək mövsümi tələbat və kənd təsərrüfatında sahə işləri dövründə daxili bazarda sabitliyi qorumaq məqsədilə” avqustun sonuna qədər benzin ixracını tamamilə qadağan edib.

Lakin bu qərara baxmayaraq, Rusiyada benzinin qiyməti artmaqda davam edir. Ekspertlərə görə, avqust ayında bu artıma qıtlıq riski də əlavə oluna bilər.

Agentlik yazır ki, hazırkı vəziyyətin əsas səbəbi özəl yanacaqdoldurma məntəqələrinin əvvəlki illərdə olduğu kimi bu il də yüksək tələbat dövrü üçün kifayət qədər ehtiyat yaratmamasıdır.

Qeyd olunur ki, Rusiyada yanacaq istehsalı ilə bağlı dəqiq statistika açıqlanmır. Belə ki, 2024-cü ildə Ukrayna tərəfindən həyata keçirilən pilotsuz təyyarə hücumlarından sonra ölkənin neft emalı zavodları zərbə altına düşüb. Bundan sonra rəsmi Moskva əvvəlcə benzin, daha sonra isə dizel yanacağının istehsalı ilə bağlı statistik məlumatları məxfiləşdirib.

Musavat.com

Chosen
15
3
editor.az

4Sources