
Səmərəliliyin artırılması və xərclərin azaldılması yollarının tapılması ilə bağlı BMT-nin hesabatında təşkilat az adamın onun hesabatlarını oxuduğunu aşkar edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Təşkilatın baş katibi Antonio Quterreşin sözlərinə görə, 2024-cü ildə BMT sistemi 240 qurumun iştirak etdiyi 27 min iclas keçirib və katiblik 1100 hesabat hazırlayıb ki, bu da 1990-cı illə müqayisədə 20% çoxdur.
“Görüşlərin və hesabatların çoxluğu sistemi - və hamımızı - yorur. Bu hesabatların çoxu nadir hallarda oxunur. Hər beş hesabatdan biri 1000 dəfədən az yüklənir. Və yükləmək mütləq oxumaq demək deyil”, - Quterreş deyib.
Bununla əlaqədar, Quterreş daha az iclas keçirməyi və daha az hesabat verməyi və yalnız bütün mandatların tələblərinə tam uyğun gələn hesabatların verilməsini təklif edib.