EN

"Turan Tovuz" Albaniya komandasına uduzdu

BAKI. 2 avqust. TELEQRAF

Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" komandası növbəti yoxlama oyununu keçirib.

Teleqraf xəbər verir ki, baş məşqçimiz Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv Albaniya təmsilçisi “Flamurtari” ilə üz-üzə gəlib.

Görüş rəqib komandanın qələbəsi ilə yekunlaşıb - 1:0.

Qeyd edək ki, "Turan Tovuz" avqustun 5-də Mərakeş təmsilçisi “Vidad”la görüşəcək. Qarşılaşma Bakı vaxtı ilə 18:00-da start götürəcək.

Chosen
49
1
teleqraf.com

2Sources