EN

"Turan Tovuz" Albaniya komandasına uduzdu

Bakupost saytına istinadən ain.az xəbər verir.

Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz" komandası növbəti yoxlama oyununu keçirib.

Bakupost.az xəbər verir ki, baş məşqçimiz Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv Albaniya təmsilçisi “Flamurtari” ilə üz-üzə gəlib.

Görüş rəqib komandanın qələbəsi ilə yekunlaşıb - 1:0.

Qeyd edək ki, "Turan Tovuz" avqustun 5-də Mərakeş təmsilçisi “Vidad”la görüşəcək. Qarşılaşma Bakı vaxtı ilə 18:00-da start götürəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
1
www.bakupost.az

2Sources