Bakının mərkəzində yerləşən və hər gün yüzlərlə insanın istifadə etdiyi yolda təhlükəli vəziyyət yaranıb.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Yasamal rayonunun İnşaatçılar prospektindəki "Statistika dairəsi" adlanan ərazisindən gedir.
Sakinlər vaxtilə burada piyada keçidinin olduğunu, indi isə uzağa çəkildiyini bildirirlər.
Bu yoldan yüzlərlə şəxs qaçaraq keçir. Nəticədə həyatlarını böyük təhlükə ilə üz-üzə qoyurlar.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən “Xəzər Xəbər"ə bildirildi ki, sözügedən ərazi mütəxəssislər tərəfindən təhlil edilib. Aidiyyəti qurumlarla razılaşdıqdan sonra yol hərəkətinin təşkili istiqamətində müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Â
Â