Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakışəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə 1 nəfərinbatması barədə məlumat daxil olub.
Trend xəbər verirki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, hadisə nəzarətsiz ərazidə – ən yaxın xilasetməməntəqəsindən təxminən 2 kilometr aralıda baş verib.
Məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və SulardaXilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlbolunub və axtarış-xilasetmə tədbirlərinə başlayıblar.
Görülən tədbirlər nəticəsində batmış şəxsin meyiti sudançıxarılaraq aidiyyəti üzrə təhvil verilib.