EN

A Seriyası klubu Polşa millisinin üzvü ilə gücləndi

Polşalı yarımmüdafiəçi Yakub Pyotrovski İtaliyanın “Udineze” klubu ilə müqavilə imzalayıb. 

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Müqavilənin müddəti 4 ildir.

“Udineze”  27 yaşlı futbolçunun transferi üçün Bolqarıstanın “Ludoqorets” klubuna 3 milyon avro ödəyib.

Yakub Pyotrovski əvvəlki klubunda keçirdiyi 3 mövsüm ərzində 142 oyuna çıxıb, 26 qol vurub və 21 məhsuldar ötürmə edib. O, bu müddətdə 8 müxtəlif titul qazanıb.

Qeyd edək ki, “Poqon” klubunun yetirməsi olan Pyotrovski Polşa milli komandasına da dəvət alır. O, son 2 ildə yığma heyətində 12 oyuna çıxıb və 2 qol vurub.

Chosen
10
90deqiqe.az

1Sources