EN

50 il öncə ayrıldığı sevgilisinə BÖYÜK MİRAS QOYDU

Rusiya Ali Məhkəməsi, 50 ildir əlaqə saxlamadığı bir kişidən ona miras qalan əmlakı almağa çalışan Novosibirsk sakininin xeyrinə qərar çıxarıb.

Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti"nin əldə etdiyi materiallarda məlumat verilir.

Qeyd edilib ki, qadına bundan əvvəl mirasın qəbul müddətinin keçməsi səbəbilə imtina verilmişdi.

Bildirilib ki, qadın kişi ilə tələbəlik illərində kurortda tanış olub. Qısa müddətlik ünsiyyətdən sonra oğlanın anasının müdaxiləsi səbəbilə əlaqələri kəsilib və onlar bir daha görüşməyiblər.

Qadın 50 il ərzində kişi ilə heç bir əlaqə saxlamadığı üçün onun tərəfindən varis təyin olunduğunu bilməyib.

Chosen
50
43
publika.az

10Sources