BAKI. 3 avqust. TELEQRAF
Rusiyanın Boqorodsk kəndində bir yeniyetmə fişənglərlə oynayarkən yanğına səbəb olub.
Teleqraf xəbər verir ki, 750 kvadratmetrlik ərazini əhatə edən yanğının söndürülməsinə 14 yanğınsöndürən və 5 texnika cəlb edilib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində özgəyə məxsus anbar və 180 ton saman yanıb.
Faktla bağlı cinayət işi açılıb.