Macarıstanın Baş naziri Viktor Orban Ukraynada müharibənin nə zaman bitəcəyi ilə bağlı fikirlərini bölüşüb.
"Ölkə.az" xəbər verir ki, onun sözlərinə görə, sülh yalnız Ukrayna və Qərb ölkələri bu ölkənin NATO-ya üzv ola bilməyəcəyini qəbul etdikdə mümkün olacaq.
“Münaqişə yalnız o zaman başa çatacaq ki, ukraynalılar və Qərb anlayacaq – Ukrayna NATO üzvü ola bilməz”, – deyə Orban vurğulayıb.