Astarada turistlərə bələdçilik edən gənc yıxılaraq ölüb.
Â
Senzor.az bildirir ki, hadisə avqustun 2-də rayonun Hamuşam kəndi ərazisində baş verib.
Â
Belə ki, turistlərə bələdçilik edən 29 yaşlı Günəşli kənd sakini Rufiz Zamanov yıxılaraq baş nahiyəsindən ağır xəsarət alıb.
Â
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan R. Zamanova ilkin tibbi yardım göstərilərək reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Â
Bələdçinin yaxınlarının bildirdiyinə görə, R.Zamanovun yıxılmasına epilepsiya keçirməsi səbəb olub.
Â
Faktla bağlı araşdırma aparılır.