EN

Ən böyük axmaqlıq gündə 3 dəfə yeməkdir

Dünyada insanların öz bədənlərinə qarşı etdiyi ən böyük haqsızlıq ac olmaya-olmaya qida qəbul etməkdir.

Bu sözləri həkim diyetoloq Fuad Məcidov bildirib.

“Dünyanın geridə qalmış, axmaq hərəkətini gündə 3 dəfə yemək yeyənlər edir. Mən səhər yeməyi yemişəm, günorta heç nə yemirəm, çünki ac deyiləm, istəmirəm.

Qulağınızda sırğa edin, ac deyilsənsə, bədən siqnal vermirsənsə, yemək yemə. Gündə 2 dəfə yemək, hətta bir dəfə yemək lazımdır. Həm sağlam, təravətli olacaq, bütün bədənin bayram edəcək. Onurğandan tutmuş saçına kimi hər şey sağlam olacaq. Həkimləri gəzmək istəmirsizsə, gündə 1 dəfə yeyin”, – F.Məcidov qeyd edib.

Chosen
14
11
news365.az

10Sources