EN

“Rəqəmlərlə oynayırsınız!” — Tramp zəif məşğulluq göstəricilərinə görə vəzifəli şəxsi qovdu

“Rəqəmlərlə

ABŞ Prezidenti Donald Tramp əmək bazarına dair “şok dərəcədə zəif” göstəricilər dərc olunduqdan sonra Əmək Statistikaları Bürosunun rəhbəri Erika Makİntarferi vəzifəsindən azad edib. Bu barədə Reuters məlumat yayıb.Tramp onu “məlumatlarla manipulyasiya etməkdə” ittiham edib. Elə həmin gün ABŞ Federal Ehtiyat Sisteminin (FED) İdarə Heyətinin üzvü Adriana Kugler də gözlənilmədən istefa verib. Bu isə Trampa FED rəhbərliyinə öz namizədini əvvəlcədən təyin etmək imkanı yaradır.“Bizə dəqiq məşğulluq məlumatları lazımdır. Mən Baydenin siyasi təyinatçısını dərhal vəzifədən azad etmək göstərişi verdim. Onun yerinə daha peşəkar və səriştəli biri gələcək”, – deyə Tramp Truth Social platformasında bildirib.Ulusum.az

Diqqət Çəkənlər

“Bananı da yumaq lazımdır!” – Ekspert

ABŞ senatoru Lindsi Qrem: “Rusiya Trampla zarafat etməsin”

Azərbaycan Kinosu Günüdür

Chosen
10
ulusum.az

1Sources