EN

Konfrans Liqası: “Zirə”nin oyunu birinci pillədə

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçirilmiş oyunları stadiondan izləyən azarkeşlərin sayı müəyyənləşib. Sport24.az-ın məlumatına görə, "Zirə"nin Xorvatiyada "Hayduk"a qarşı keçirdiyi matç birinci pillədə qərarlaşıb.Splitdəki qarşılaşmada tribunada 30086 tərəfdar olub. "Partizan" (Serbiya) - "Aleksandriya" (Ukrayna) görüşündə 27775, "Brondby" (Danimarka) - HB (Farer adaları" duelində 20815 azarkeş qeydə alınıb.Qeyd edək ki, "Hayduk" - "Zirə" oyununun əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda meydan sahibləri qalibiyyətə sevinib. Bakıdakı görüş 1:1 başa çatdığı üçün "Zirə" avrokuboklarla vidalaşmalı olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
sport24.az

1Sources