Rusiya Prezidenti Vladimir Putində dəhşətli xəstəliklərin əlamətlərinin olması ilə bağlı söz-söhbətlər yayanlarla FTX məşğul olacaq.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Kremlə yaxın Teleqram kanalları məlumat yayıb.
“Vladimir Putinin Valaama səfərindən sonra onun düşmənləri səhhəti ilə bağlı şayiələr yaymağa başlayıblar. Rusiyanın və şəxsən Vladimir Vladimiroviçin düşmənləri onun Valaamadakı foto və videolarına baxıb şayiələr yayıblar ki, guya prezident bir neçə aya öləcək. Alçaqlar! FTX onlarla məşğul olacaq”, - mənbə bildirib.
Mənbənin sözlərin görə, Putin Valaamada çox yorğun görünürdü.