EN

Soçidə neft bazasındakı yanğın lokallaşdırılıb - YENİLƏNİB + VİDEO

Soçinin Adler rayonunda yerləşən neft bazasında pilotsuz uçuş aparat (PUA) qalıqlarının düşməsi nəticəsində baş vermiş yanğın lokallaşdırılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Krasnodar diyarının operativ qərargahı "Telegram" kanalında məlumat yayıb.
 
Qərargahın məlumatına görə, ilkin olaraq neft məhsullarının olduğu 2 000 kubmetr həcmində çən yanıb, tezliklə yanğın digər çənə keçib.
 
Yanğının sahəsi 362 kvadratmetr olub.
 
11:53
 
Rusiyanın Soçi şəhərinin Adler rayonundakı neft bazasında pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində yanğın baş verib.
 
Bu barədə Soçinin meri Andrey Proşunin "Telegram" kanalında bildirib.
 
Merin sözlərinə görə, yanğın yanacaq çənində baş verib: "PUA-nın parçaları qaraj kooperativindəki tikiliyə dəyib. İlkin məlumata görə, xəsarət alan yoxdur".
 
Krasnodarın qubernatoru Veniamin Kondratyev isə neft məhsullarının olduğu çənin yandığını söyləyib. Onun sözlərinə görə, yanğını söndürülməsinə 127 nəfər və 35 ədəd texnika cəlb olunub.
 
PUA hücumları təhlükəsi səbəbindən Soçi aeroportu müvəqqəti bağlanıb.

 

Chosen
59
30
moderator.az

10Sources