EN

“Bu əməkdaşlıq Azərbaycanın regionda etibarlı enerji tərəfdaşı kimi imicini möhkəmləndirməyə xidmət edəcək”

“Bu

“Bu gün etibarən Azərbaycandan Türkiyə gedən təbii qaz Kilisdən Suriyaya ötürüləcək. Bu marşrutla tədarük edilən Azərbaycan qazı sayəsində hazırda Suriyada istehsal olunan elektrik miqdarı təxminən iki dəfə artacaq. Ötən ilin dekabrında Suriyada baş verən dövlət çevrilişindən sonra Suriyanın yeni hökuməti Azərbaycanla da diplomatik əlaqələri bərpa edib. Prezident İlham Əliyevin aprelin 11-də Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şaraa ilə görüşü olub. Görüşdə Azərbaycanda qardaş dövlət Türkiyə ilə birlikdə Suriyanın postmünaqişə dövründə bərpa və inkişafına töhfə verməyə hazır olduğunu bəyan edib və öz dəstəyini əsirgəməyib”.

Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

M.Cəfərov əlavə edib ki, Azərbaycanın enerji ixracı siyasəti 2025-ci ilin ilk yarısında mühüm dönüş nöqtəsinə qədəm qoyub: “Enerji bazarında baş verən dəyişikliklərdən sonra Bakı öz ixrac coğrafiyasını təkcə Avropa ilə məhdudlaşdırmayaraq Yaxın Şərqə doğru da genişləndirir. Azərbaycanın Suriyaya təbii qaz ixracına başlaması təkcə kommersiya layihəsi deyil, bu həm də dövlətimizin enerji siyasətinin coğrafiyasını Yaxın Şərqə doğru genişləndirməsidir. Artıq Azərbaycan illik ixrac həcmini genişləndirərək Avropa və Yaxın Şərq bazarlarına çıxış əldə edir. Əslində, Suriya üçün nəzərdə tutulmuş bu layihə Azərbaycanın humanitar və bərpa məsələlərinə dəstək baxımından strateji addımıdır. Beləliklə, bu əməkdaşlıq Azərbaycanın regionda etibarlı və məsuliyyətli enerji tərəfdaşı kimi imicini möhkəmləndirməyə xidmət edəcək”.

Röya İsrafilova

Chosen
33
1
xalqcebhesi.az

2Sources