EN

Azərbaycan enerji diplomatiyası ilə Yaxın Şərqə strateji körpü salır - ŞƏRH

Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursunda enerji diplomatiyası xüsusi yer tutur.

Bu barədə Operativ Media-ya açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev Rizvan Nəbiyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı İslam Əməkdaşlıq Təşkilatının dörd üzv ölkəsini bir araya gətirməklə, regionda yeni əməkdaşlıq formatının əsasını qoyub.

Bu təşəbbüs gələcək üçün perspektivli bir yol xəritəsi rolunu oynayır.

Deputat qeyd edib ki, Şanlı Zəfərimizdən sonra bölgədə formalaşan yeni siyasi reallıqlara əsaslanan əməkdaşlıq yalnız Cənubi Qafqaz və Xəzər hövzəsi ilə məhdudlaşmır, eyni zamanda Yaxın Şərqdən Balkanlara qədər geniş coğrafiyada konkret nəticələr verir.

"Azərbaycan, Avrasiyanın enerji xəritəsinin yenidən tərtib olunmasında təşəbbüskar rol oynamaqla Xəzər hövzəsini Qara dəniz, Aralıq dənizi və Adriatik dənizi hövzələri ilə, eləcə də Balkan yarımadası, Şərqi və Mərkəzi Avropa ölkələri ilə birləşdirib. İndi isə ölkəmiz Yaxın Şərqə strateji enerji körpüsü qurmağı bacarıb. Bu, Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi mühüm töhfənin daha bir sübutudur", – deyə Rizvan Nəbiyev vurğulayıb.

Chosen
25
operativmedia.az

1Sources