EN

Nigeriyalı hücumçu gələn həftə "Şamaxı"ya qoşulacaq

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Şamaxı"ya yeni futbolçu qoşulacaq.

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, yaxın günlərdə daha bir legioner - sön mövsüm "Qəbələ"nin formasını geyinən Abdullahi Şaybu baş məşqçi Ayxan Abbasovun sərəncamında olacaq.

"Qırmızı-qaralar"dan ayrılan nigeriyalı hücumçunun gələn həftə "şirlər"lə rəsmi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, 22 yaşlı mərkəz hücumçusu Azərbaycanda "Qəbələ" ilə yanaşı, Premyer Liqada "Kəpəz"in də formasını geyinib.

İdman.biz

Chosen
25
2
idman.biz

3Sources