EN

SDQ Suriyanın şimalına hücum edib, yeddi nəfər yaralanıb

ain.az bildirir, Azxeber.com portalına istinadən.

Kürdlərin rəhbərlik etdiyi "Suriya Demokratik Qüvvələri" (SDQ) ölkənin şimalına raket və artilleriya zərbələri endirib. Nəticədə dördü hərbçi, üçü mülki şəxs olmaqla yeddi nəfər yaralanıb.

Bu barədə SANA agentliyi Suriya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlik bildirib ki,hücumlar Hələb əyalətinin şimalındakı Mənbic yaxınlığındakı kəndə olub. Hücum zamanı çoxlu reaktiv yaylım atəşi sistemləri və artilleriya mərmilərindən istifadə olunub.

Məlumata görə, hücumlar nizamsız həyata keçirilib və heç bir əsası olmayıb.

Qeyd edilir ki, raket və artilleriya mərmiləri ilə həyata keçirilən hücum nəticəsində evlərə ziyan dəyib. Bu, Suriya ordusunun bölgədəki bölmələrinin sürətli hərbi reaksiyasına səbəb olub.

Suriya Müdafiə Nazirliyi bildirib ki, Suriya hərbçiləri SDQ döyüşçülərinin Mənbicdən qərbdəki hərbi postlarından birinin yaxınlığında sızmaq cəhdini dəf ediblər.

Qəfil eskalasiyanın səbəbləri hələ bəlli deyil.

///REPORT

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
26
5
azxeber.com

10Sources