EN

Bu gün 720 namizəd dövlət qulluğu üzrə imtahan verib

Dövlət İmtahan Mərkəzi 3 avqust 2025-ci il tarixində inzibati vəzifələrin B növünə aid BB qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı və inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirib.

Bu barədə DİM-dən bildirilib.

Dövlət qulluğuna qəbul imtahanı saat 10:00-da başlanıb. İmtahan Bakı və Naxçıvan şəhərlərində kompüterlər vasitəsilə 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.

İmtahanda 720 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 11 nəfər, BB2 altqrupu üzrə 16 nəfər, BB3 altqrupu üzrə 42 nəfər, BB4 altqrupu üzrə 65 nəfər olmaqla, ümumilikdə 134 namizəd uğur qazanıb.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan isə saat 16:00-da başlanacaq.

İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 4 – 6 avqust tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 50.

***09:20

Bu gün Dövlət İmtahan Mərkəzi inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid olan BB vəzifə altqrupuna uyğun vəzifələr üzrə imtahan keçirəcək.

Mərkəzdən bildirilib ki, BB vəzifə altqrupu üzrə test imtahanı elektron qaydada təşkil olunacaq. İmtahan vermək üçün 783 namizəd qeydiyyatdan keçib.

İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-dən sonra gələnlər imtahana buraxılmayacaqlar.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan vermək üçün AB qrupu üzrə 2, AC qrupu üzrə 6, BA qrupu üzrə 50, BB qrupu üzrə isə 140 olmaqla, ümumilikdə 198 namizəd qeydiyyatdan keçib.

İmtahan saat 16:00-da elektron qaydada təşkil olunacaq və 2 saat 30 dəqiqə davam edəcək. Saat 15:45-dən sonra gələnlər imtahana buraxılmayacaqlar.

Bu imtahanlara gələn namizədlər şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir.

İmtahanların keçirilməsi üçün 11 imtahan rəhbəri, 63 nəzarətçi və 11 buraxılış rejimi əməkdaşı ayrılıb.

Chosen
15
49
far.az

10Sources