"Fənərbağça"nın kişilərdən ibarət basketbol komandası yeni mövsüm üçün hazırlıqlarını davam etdirir.
Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" ötən mövsüm də heyətdə olan Kem Börçlə müqavilə uzadıblar. Kanadalı basketbolçu daha bir mövsüm İstanbul nəhəngində çıxış edəcək.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
32 yaşlı basketbolçu qazanılan Avroliqa çempionluğunda vacib rol oynamışdı.
O, 7 il NBA-də çıxış etdikdən sonra ötən il Avropaya qayıtmışdı.