EN

Yemək sifarişini gətirən kuryer həyatının ŞOKUNU yaşadı VİDEO

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Yemək sifarişlərini çatdırmaqla məşğul olan kuryerin başına gələn hadisə marağa səbəb olub.

Milli.Az xəbər verir ki, sifariş verilən pizzaları ünvana çatdıran gənc oğlan qapı açıldıqda həyatının şokunu yaşayıb.

Belə ki, onu müştəri qismində məşhur "Ninja Tısbağalar" cizgi filminin birə-bir qəhrəmanları qarşılayıblar. Əslindən seçilməyən personajların qarşısında kuryer özünü itirib.

Tərəddüd içində qalan işçi evin önündən sürətlə uzaqlaşıb. O, daha sonra mobil telefonunu gətirərək qarşılaşdığı mənzərəni qeydə alıb.

Sözügedən görüntüləri təqdim edirik:

Musa

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
1
news.milli.az

10Sources