EN

Xaçmazda külək dam örtüyünü avtomobillərin üzərinə aşırdı - Fotolar

Xaçmazda səhər saatlarından əsməyə başlayan güclü külək bir sıra fəsadlar törədib.

Publika.az xəbər verir ki, şəhərin Nəriman Nərimanov prospektində ticarət obyektinin dam örtüyü uçaraq yolun kənarında dayanan avtomobillərin üzərinə aşıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, "Hyundai", "Mercedes", "QazEl" markalı üç avtomobilə və rabitə xətlərinə ziyan dəyib.

N.Nərimanov prospektində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb.

Chosen
50
5
publika.az

6Sources