Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Xalq yazıçısı Elçin Əfəndiyevin ölümü ilə bağlı məsələyə aydınlıq gətirib.
Bununla bağlı TƏBİB-dən bildirilib:
Avqustun 3-də, saat 11:30-da Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi ərazisindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb. Müraciətlə əlaqədar hadisə yerinə təcili yardım briqadası cəlb olunub.
Ünvanda 1943-cü il təvəllüdlü yazıçı Elçin Əfəndiyevin həkiməqədər ölüm faktı qeydə alınıb.
Tarix: 3 Avqust 2025, 16:23